stefan sejurne

“Fransanın xarici işlər naziri Ermənistana səfər edəcək”.

Globalinfo.az xəbər verir ki, bunu “Le Figaro” jurnalının baş redaktor müavini Jan-Kristof Buisson deyib.

“Fransanın Avropa və Xarici İşlər naziri Stefan Sejurne 2 gündən sonra Ermənistana yola düşəcək. O, sentyabrın 15-dən 16-dək İrəvanda olacaq. Qarabağı tərk edən ermənilərin qaytarılması mövzusunu gündəmə gətirmək lazımdır”, – deyə fransalı jurnalist təxribatçı mövqeyini nümayiş etdirib.

Müşviq tofiqoğlu
Globalinfo.az

Paylaş: