Ərdoğan Ermənistana xəbərdarlıq etdi

“Ermənistan rəhbərliyi yaxın keçmişdə yaşananlardan dərs çıxarmalı və bu kimi təxribatlara əl atmamalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Fransadan zirehli texnika almasına məsələsinə münasibətdə deyib.

“Sülh fürsətindən yararlanması və onu yanlış yönləndirən dövlətlərin tələsinə düşməməsi Ermənistanın xeyrinə olar.  Bakı ilə sülhə əsaslanan münasibətlər qurmaq İrəvan üçün ən yaxşı variantdır. İndi əlinə silah verənlərlə, dar gündə Ermənistanı tək qoyacaqlar”, – Ərdoğan bildirib.

Əliyar Xəlil
Globalinfo.az