
“Ermənistanda Xocalı soyqırımını nə qədər insanın inkar etdiyi vacib deyil, fakt budur ki, hökumət onu mütləq tanıyacaq”.
Globalinfo.az xəbər verir ki, bunu erməni ekspert Ovannes İşxanyan deyib.
İşxanyan bildirib ki, hakimiyyət nümayəndələri gələcəkdə Ermənistanın işğal zamanı Xocalıda soyqırımı törətdiyini deyəcək:
“Artıq iki aydır, İrəvan hökuməti Tavuşda təhvil verilən 4 kəndin Ermənistanın ərazisi olmadığını deyir. Bizi buna inandırırlar. Zamanla Xocalı soyqırımını da tanıyacaqlar. Bunun Ermənistan üçün böyük nailiyyət olduğunu deyəcəklər. Parlamentin spikeri Alen Simonyan deyəcək ki, Xocalını tanıyaq, biz Azərbaycan ərazilərini işğal etmişik. Hətta bu soyqırımının bədələni Azərbaycana ödəyə də bilərlər”.
Ayşən Mustafa
Globalinfo.az