Frankfurtda aviabombaya görə 20 000 nəfər təxliyə edilib

Almaniyanın Frankfurt şəhərinə İkinci Dünya Müharibəsindən qalmış 500 kiloqramlıq bombaya görə 20 000 nəfər müvəqqəti təxliyə edilib.

APA-nın “Figaro”ya istinadla xəbərinə görə, bu barədə Frankfurtun yanğınsöndürmə xidməti məlumat yayıb.

 

ABŞ ordusunun atdığı aviabomba Frankfurt Universitetinin yaxınlığında qazıntı işləri zamanı aşkar edilib. Xilasedicilər partlayıcını sabah zərərsizləşdirəcək. Əməliyyat bitənədək sakinlərin evlərinə qayıtmasına icazə verilmir.

Almaniya ərazisində tikinti işləri zamanı hər il 2 dünya müharibəsindən qalmış onlarla partlamamış sursat aşkar edilir. 2017-ci ildə Frankfurtda 1,5 tonluq aviabombanın zərərsizləşdirilməsi zamanı 65 000 nəfər təxliyə edilmişdi. Ötən il isə Münxendə Birinci Dünya Müharibəsindən qalan bombanın partlaması nəticəsində 4 nəfər yaralanmış, dəmir yolunda hərəkət dayandırılmışdı.