
Rusiya Ukraynanın daxili cəbhəsinə qarşı hücumlarını genişləndirir.
Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri yazıb. Qəzet bildirir ki, Zərbələr artıq yalnız enerji infrastrukturu ilə məhdudlaşmır.
Rusiya qüvvələrinin anbarları, limanları, dəmir yolu xətləri, sərhəd keçid məntəqələri, müxtəlif müəssisələr və internet infrastrukturunu da hədəf aldığı bildirilir.
KİV: Durov istintaqla əməkdaşlıqdan imtina etməkdə ittiham olunur
Qəzetin yazdığına görə, hücumların intensivləşməsi Ukraynanın iqtisadiyyatına da ciddi təzyiq yaradır. Ukrayna İqtisadiyyat Nazirliyinin hesablamalarına əsasən, Rusiyanın son hücum kampaniyasının ölkəyə vurduğu iqtisadi zərər ilin sonuna qədər təxminən 10 milyard dollara çata bilər.
Bunun fonunda Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Ukraynanın iqtisadi artımı ilə bağlı proqnozunu 2,2 faizdən 1,5 faizə endirib.
AYİB-in baş iqtisadçısı Dimitar Boqov NYT-yə bildirib ki, Ukraynanın qarşılaşdığı əsas problemlər arasında işçi qüvvəsinin çatışmazlığı və artan hücumlar xüsusi yer tutur. Onun sözlərinə görə, insanların alıcılıq qabiliyyəti böyük ölçüdə dəyişməsə də, davamlı hava hücumu xəbərdarlıqları onların işləməsinə, alış-veriş etməsinə və normal gündəlik həyatlarını davam etdirməsinə mane olur.
Nəşr qeyd edir ki, enerji və nəqliyyat infrastrukturu ilə yanaşı, iqtisadi fəaliyyətin əsas elementlərinin də hədəfə alınması Ukraynanın həm müharibə şəraitində dayanıqlılığına, həm də iqtisadi perspektivlərinə əlavə təzyiq yaradır.
Globalinfo.az