Serbiya Prezidenti Aleksandr Vuçiç Ukraynaya səfər edib.
Globalinfo.az xəbər verir ki, o, səfər çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparacaq.
Vuçiç Kiyevdə keçiriləcək Cənub-Şərqi Avropa-Ukrayna sammitində iştirak edəcək.
Rusiya KİV xəbəri “Rusiyaya dost lider Kiyevə getdi” başlığı ilə paylaşıb. Onun səfəri birmənalı qarşılanmayıb.
Əliyar Xəlil
Globalinfo.az