Fidan Sisi ilə görüşdü: Qəzza zolağındakı hadisələr…

Türkiyə xarici işlər naziri Hakan Fidan Misirə səfəri çərçivəsində bu ölkənin Prezidenti Əbdülfəttah Sisi ilə görüşüb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Tərəflər Qəzza zolağında baş verən hadisələri müzakirə ediblər.

Bildirilib ki, Qəzzada əhali ac və köçkün vəziyyətə salınmamalıdır. Bölgədə yaşayan insanların humanitar yardıma təcili və təhlükəsiz çıxışı təmin olunmalıdır.

Bundan başqa, ikitərəfli məsələlər barədə də fikir mübadiləsi aparılıb.