63e2b5a66220463e2b5a662205167580202263e2b5a66220263e2b5a662203

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti yardımları və xilasetmə qrupu qardaş ölkəyə yola salınıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, 13 yük avtomobili və bir müşahidə nəqliyyat vasitəsi Bakıdan Türkiyənin zəlzələ bölgəsinə hərəkət edib.

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının Qaradağ rayonunda yerləşən “N” saylı hərbi hissəsinin komandirinin müavini, polkovnik-leytenant Fərid Qəhrəmanov deyib ki, avtomobil texnikasının gün ərzində müəyyən edilən əraziyə çatması gözlənilir.

Onun sözlərinə görə, xüsusi təyinatlı nəqliyyat vasitələri ilə yola salınan humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar, masalar, oturacaqlar və digər avadanlıqlar daxildir.

Qeyd edək ki, digər təyyarə ilə Fövqəladə Hallar Nazirliyinin növbəti axtarış-xilasetmə qrupu göndəriləcək.

***

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti yardımları və xilasetmə qrupu qardaş ölkəyə yola salınacaq.

Globalinfo.az xəbər verir ki, təyyarə və Fövqəladə Hallar Nazirliyinə məxsus xüsusi təyinatlı nəqliyyat vasitələri ilə yola salınacaq humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar, masalar, oturacaqlar və digər avadanlıqlar daxildir.

Digər təyyarə ilə Fövqəladə Hallar Nazirliyinin növbəti axtarış-xilasetmə qrupu göndəriləcək.

Hazırda humanitar yardım və xilasetmə qrupunun yola salınması üçün hazırlıq işləri görülür.

63e2b5a68be7763e2b5a68be78167580202263e2b5a68be7563e2b5a68be76 63e2b5a681cb063e2b5a681cb1167580202263e2b5a681cae63e2b5a681caf 63e2b5a676df463e2b5a676df5167580202263e2b5a676df263e2b5a676df3 63e2b5a66c27d63e2b5a66c27e167580202263e2b5a66c27b63e2b5a66c27c 63e2b5a65729563e2b5a657296167580202263e2b5a65729363e2b5a657294 63e2b5a648b9863e2b5a648b99167580202263e2b5a648b9463e2b5a648b96

Paylaş: