FHN-dən yanğınsöndürən maşının qəza törətməsinə reaksiya – VİDEO

Qəza FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinə məxsus yanğınsöndürən avtomobil hadisə yerinə gedərkən baş verib.

Globalinfo.az bildirir ki, barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə dünən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsində qeydə alınıb:

“Belə ki, sözügedən istiqamətdə hərəkət edən yanğısöndürən maşının sürücüsü qəfil qarşısına çıxan nəqliyyat vasitəsi ilə toqquşmaqdan yayınmaq üçün məcburən hərəkət istiqamətini dəyişib və bu zaman yoldan kənara çıxıb. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb”.

Qeyd edək ki, paytaxtda yanğınsöndürən maşın qəza törədib. Qəza zamanı maşın yol kənarındakı reklam lövhəsini vuraraq aşırıb.

Həmin görüntüləri təqdim edirik: