Gürcüstanda müxalifət seçkidən sonra etiraz aksiyalarına başladığını elan edib.
Globalinfo.az xəbər verir ki, partiya liderlərindən biri Elene Xoştariya etirazların davamlı olacağını vurğulayıb.
“Müxalifətin Dəyişiklik Koalisiyası Gürcüstanda parlament seçkilərinin nəticələrini tanımır və etiraz aksiyalarına başlayır. Bu seçkilərin nəticələri oğurlanıb. Biz bunu qəbul etməyəcəyik və davamlı etiraz aksiyaları keçirəcəyik”, – deyə Xoştariya vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az