photo 2025 07 28 22 21 41 800x535 1753727240409

Ermənistan Xarici İşlər Nazirliyi Yekaterinburqdakı (Sverdlovsk vilayəti) fəxri konsul Narek Spartakyanın vəzifəsindən azad edildiyini təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Ermənistan XİN səbəblərlə bağlı əlavə təfərrüat verməyib və qərarın Spartakyanın Erməni Apostol Kilsəsi müdafiə etməsi və Karapetyanla bağlı fikirlərinə görə verilib-verilmədiyi sualını cavabsız qoyub.

Xatırladaq ki, daha əvvəl “URA.ru” nəşri Spartakyanın vəzifədən azad olunmasının səbəbinin onun Erməni Apostol Kilsəsi (ÜAK) ilə bağlı Ermənistan rəhbərliyinin mövqeyi ilə razılaşmaması və iş adamı Samvel Karapetyanın həbsi ilə əlaqəli olduğunu yazmışdı.

Qeyd edək ki, Spartakyan daha əvvəl çıxışında bütün ermənilərin mənəvi birliyinin əsas dayaqlarından biri olan ÜAK-a qarşı istənilən addım yolverilməzdir deyə bəyan etmişdi. O, iş adamı Samvel Karapetyanı da hörmətəlayiq şəxs adlandıraraq, onu “yaratmağın nümunəsi” kimi qiymətləndirmişdi.

Tahir Turan
Globalinfo.az

Paylaş: