Ermənistanın Hindistana verdiyi dezinformasiya dəstəyi ifşa olundu

dzf

Erməni mediasının yaydığı məlumatda qeyd olunur ki, “Məndə olan məlumata görə Hindistan Azərbaycandan malların ixracına qadağa qoyub. Bu, çox səhv bir qərardır.”

APA məlumat verir ki, bunu Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin mətbuat konfransı zamanı səsləndirib”.

c120656df189376209ca297cc3bdf01c1746813093

Bu xəbər, eyni zamanda, bəzi Azərbaycan dilli sosial media səhifələrində tirajlanıb.

77f885fe5a99ab1af6a8fb80303265f31746813251 20c620744d819a9d281b6f424e74ccbd1746813782

Faktyoxla Lab. bu məlumatın doğru olub-olmadığını dəqiqləşdirib.

Əvvəlcə, Pakistanın Azərbaycandakı səfiri Qasim Mohiuddinin açıqlamasına diqqət yetirək. Səfir keçirdiyi mətbuat konfransında əslində belə deyib:  “Mən Hindistanın Azərbaycandan idxal edilən mallara qadağa qoyduğu ilə bağlı qərarı görməmişəm. Bu, çox yanlış bir addım olardı”.

471b080a5c4abf029640e572078697fd1746813684

İkincisi, Hindistanın Ticarət və Sənaye Nazirliyinin 2025-ci il 2 may tarixli xəbərdarlığında Pakistandan idxal və ya tranzit olunan Pakistana məxsus mallara qadağa barədə qeyd olunur. Burada Azərbaycanın adı heç bir şəkildə çəkilmir.

e436509cbe9586d52697e7c5b60102821746812107

Eyni zamanda, sosial mediada Hindistandan Azərbaycan və Türkiyəyə turist kimi səfər edən bu ölkə vətəndaşlarına səfərləri birdəfəlik ləğv etmək və bu ölkələri “boykot” çağırışları yayılır.

Müşahidələrimiz zamanı bəzi aktivlik göstərən sosial media istifadəçiləri arasında erməni əsilli şəxslərin mövcudluğu diqqətimizi cəlb etdi.

86549d7b81aee2b7be37783cf6641a2f1746812163

Qeyd edək ki, aparılan informasiya əməliyyatında ermənilər “Hamam Times” adlı anti-milli Azərbaycan səhifəsinin paylaşımına da istinad edirlər.

c61fe9ebec77a195740c20648be179ed1746812768

Nəticə:

– Bir çox erməni saytlarının və onlara dəstək verən Azərbaycan dilli səhifələrin Hindistan hökumətinin Azərbaycandan mal idxalına qadağa qoyması haqda yaydığı məlumat həqiqəti əks etdirmir, saxtadır;

– Ermənistan Hindistanla əməkdaşlığını informasiya məkanında da davam etdirərək, saxta narrativlər yaradır.