Ermənistandan Xankəndiyə silah daşınır – YENİ VİDEO

Ermənistandan Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlıların müvəqqəti məsuliyyət ərazisinə silah daşındığını əks etdirən növbəti kadrlar yayılıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə yayılan kadrların yeni olmadığı, buna baxmayaraq, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan ermənilərin qış aylarında da istifadə edərək, silah daşıdığı, başqa sözlə, bir an da dayanmadıqları bildirilir.