5a493153 5c82 4f78 84ab a9c3a9859889

44 günlük müharibənin başlamasının altıncı ildönümündə Ermənistan İctimai Televiziyasında müğənni Tata Simonyanın əyləncə konsertinin kadrları yayımlanıb. 

Globalinfo.az xəbər verir ki, məhz müharibənin ildönümündə insanların əyləndiyi kadrların ölkənin İctimai TV-də yayımlanması ciddi rezonans doğurub.

Ermənilər televiziyaya etiraz bildiriblər. Nəticədə İctimai TV xalqdan üzr istəyib. Kanal bunun məsuliyyətsizlikdən qaynaqlandığını, heç bir səbəblə əsaslandırılmasının doğru olmadığını bildirib və eyni halın təkrarlanmayacağına zəmanət verib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: