Müəllimləri təhqir edən direktor işdən çıxarılıb.
Bu barədə Globalinfo.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat verib.
Bildirilib ki, Bakı şəhəri 301 nömrəli tam orta məktəbin direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı ilə bağlı aşkara çıxarılan faktlar üzrə araşdırmalar aparılıb:
“Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. Bildiririk ki, təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir”.
Qeyd edək ki, bir müddət öncə Bakı şəhəri 301 nömrəli tam orta məktəbin direktoru Sevda Sarıyeva müəllimləri “hinduşkabaş” adlandıraraq onları təhqir edib.