Irevan insanlar 1243

Ermənistanın “Respublika” partiyasının rəhbəri Aram Sərkisyan açıqlamasında dövlətin Avropa İttifaqına üzvlüyü ilə bağlı referendum keçirməyin və yaxın 3-4 ay ərzində qərar verməyin lazım olduğunu bildirib.

Ermənistanın Aİ-yə üzvlüyü mümkündürmü?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Abutalıb Səmədov deyib ki, Ermənistan yaxın müddətdə Avropa İttifaqına üzv ola bilər:

“Avropa keçmiş sovet respublikalarını Rusiyadan uzaqlaşdırmaq üçün əlindən gələni edir. Avropa İttifaqına üzvlük də onlar üçün şirnikləndirici vasitədir. Ukrayna, Moldova və Gürcüstanın Aİ-yə üzvlüyü istiqamətində ciddi addımlar atıldı. Doğrudur, sonradan rəsmi Tbilisinin bəzi addımları Avropanın münasibətinin dəyişməsinə səbəb olsa da cəhdlər davam edir. Bu üç respublikanın sırasına Ermənistanı da daxil etməyə çalışırlar”.

Siyasi şərhçinin sözlərinə görə, Ermənistanın namizədliyinə Avropa İttifaqı müsbət yanaşacaq:

“Uzun illərdir, Türkiyənin İttifaqa üzvlüyü təsdiqlənmir. Artıq ümidlər tükənib. Lakin Ermənistana münasibət tamamilə fərqlidir. Güman ki, bu istiqamətdə lazımi addımlar atılacaq. Ukrayna və Moldovanın üzvlüyünün təsdiqlənməsinin ardınca bu proses də baş tutacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: