Türkiyədə seçkiqabağı silahlı hücum: 12 nəfər saxlanıldı

İstanbulda Bələdiyyə sədri seçkiləri öncəsi keçirilən tədbirdə baş verən atışmada şübhəli bilinən 12 nəfər saxlanılıb. 

Globalinfo.az xəbvər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç “X” platformasında məlumat yayıb.

Nazir hadisə ilə bağlı araşdırmanın davam etdiyini bildirib:

“İstanbulda Küçükçekmece Bələdiyyə Başçı namizədimiz Əziz Yeniayın seçki kompaniyası zamanı baş verən silahlı hücumla bağlı 12 şübhəli saxlanılıb, 7 şübhəlinin tutulması istiqamətində işlər davam edir”.