Ermənistan ordusunda bu söz qadağan edilir – Dəyişiklik

“Ermənistan Silahlı Qüvvələrinin yeni daxili xidmət nizamnaməsi olacaq, müvafiq qanun layihəsi hazırlanır”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyindən “Sputnik”ə bildirilib.

Məlumata görə, şəxsi heyətin təbriki zamanı səsləndirilən “urra” ifadəsinin “yaşasın”la əvəz olunması nəzərdə tutulub.

“Urra” ifadəsinin sovet ordusundan miras qaldığı, orduda sevinc ifadəsinin “milliləşdirilməsinə” qərar verildiyi deyilib.

Ayşən Mustafa
Globalinfo.az