
Ermənistan Hava Yolları aprelin 7-dən etibarən uçuşları müvəqqəti dayandıracağını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, şirkət bu barədə “Feysbuk” səhifəsində paylaşım edib.
Qərara səbəb kimi təyyarə meydançasının yenilənməsi göstərilir:
“Aprelin 6-dan sonrakı tarixə bilet almış və ya bron etmiş bütün sərnişinlərin müvafiq şirkətlə əlaqə saxlamalarını xahiş edirik. Uçuşların dayandırılmasının səbəbi aviaşirkətin inkişafı üçün yeni təyyarələrin alınması və meydançanın yenilənməsidir. Sərnişinlərimizə etimada görə təşəkkür edirik. Yaxın vaxtlarda “Ermənistan Hava Yolları”na yeni və yaxşı təchiz olunmuş donanma təqdim ediləcək ki, bu da sərnişinlərimiz üçün daha rahat uçuşlar həyata keçirməyə imkan verəcək”.
Qeyd edək ki, bir müddət öncə “Caliber” Ermənistanın Azərbaycanla yeni müharibəyə hazırlaşdığına dair məlumat yaymışdı. İrəvan hökumətinin 1 aprel – 13 iyun tarixləri arasında ölkədə ehtiyatda olan hərbçilərin toplanışının keçiriləcəyini açıqlaması isə aprel ayında eskalasiyanın baş verə biləcəyinə dair iddiaları gücləndirdi.
Əliyar Xəlil
Globalinfo.az