“Ermənilər Qarabağda torpağın altında gizli baza yaradıblar” – Hərbi ekspertdən şok xəbərdarlıq

Qarabağda separatçılara qarşı 23 saat 43 dəqiqə davam edən antiterror əməliyyatından sonra separatçılar təslim oldu. Bundan sonra Qarabağın erməni icmasının nümayəndələri ilə Azərbaycan tərəfinin Yevlax şəhərində görüşü keçirildi. Bu görüşdən sonra yeni bir mərhələnin başladığı görünür.

Maraqlıdır, bu görüşdən sonra separatçılar Qarabağda təkrar atəşkəsi poza, hər hansı qanunsuz fəaliyyətə yol versə, yenidən antiterror əməliyyatı keçirilə bilərmi?

Mövzunu Globalinfo.az-a şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib ki, indiki mərhələdə Azərbaycanın əsas prioriteti mövcud olan silahları, texnikaları, vasitə və avadanlıqları erməni silahlılarından toplamaqdan ibarətdir.

Ədalət Verdiyev

Ə.Verdiyev deyib ki, həmin silahlıların ərazidən çıxarılması gözlənilir:

“Yaxın 1-2 günə vizual olaraq onların ərazidən çıxarılması görüntülərlə də təsdiqlənəcək. Amma ayrı-ayrı şəxslər tərəfindən istər şərti sərhəddə, istərsə də rusların müvəqqəti məsuliyyət zonasında Azərbaycana qarşı müəyyən təxribat xarakterli fəaliyyətlər mümkündür. Müqavimət ocaqlarının qalması istisna edilmir. Bunu güc struktlarımız nəzərə alırlar”.

Hərbi ekspertin sözlərinə görə, silahlıların əsas partiyası təhvil verildikdən sonra Daxili Qoşunlarımız şübhə doğuran istiqamətlərdə, dağlarda yerləşən sığınacaqlarda, evlərdə, qalın meşəlik ərazilərdə və ya təslim olmaqdan imtina edən müəyyən yaşayış məntəqələrinin kvartalında xüsusi əməliyyatlar keçirəcəklər:

“Bu əməliyyatın da məqsədi orada əlində silah olan mülkü erməniləri aşkarlamaq və onlardan silahları toplamaq, həmin terrorçuların müqavimət ocaqlarını zərərsizləşdirməkdən ibarət olacaq”.

Hərbi ekspert Telman Qasımovun sözlərinə görə, antiterror əməliyyatı keçirmək iş bitməsi anlamına gəlmir:

Telman Qasımov ermənilərin ittihamlarına cavab verib - VİDEO

Telman Qasımov

“Həqiqətən də orada silahlı radikal qruplaşmalar hələ də qalır. Çünki ermənilər bu məğlubiyyətlə barışa bilmirlər. Ara-sıra aksiyalar keçirirlər, Azərbaycana qarşı terror törətmək istəyirlər, axmaq və xoşagəlməz çağırışlar edirlər. Bu da onu göstərir ki, nə qədər ki, Qarabağ ərazisində ermənilər qalıblar, deməli, Azərbaycan təhlükəsizliyinə qarşı təhdiddirlər. Onların illər boyu əldə etdikləri silah, partladıcı maddələr hamısı Qarabağdakı meşələrdə müxtəlif yerlərdə gizlədilib. Bunlar o qədər hiyləgər xalqdırlar ki, hər şeyi öncədən hesablayıblar”.

T.Qasımov deyib ki, ermənilər Qarabağda özləri üçün torpağın altında bir baza yaradıblar:

“Mütləq deyil ki, baza hansısa tikilinin zirzəmisində olsun. Müxtəlif yerlərdə qazıb gizlədiblər. Üzərindən illər də keçsə, ara sakitləşdikdən sonra bunlar həmin silahları çıxarıb Azərbaycana qarşı terror əməli törədə bilərlər. Terrorçuluq bu xalqın xislətindədir. Bizdə hər şeyin bitməsilə bağlı tam rahatlıq yaranmamalıdır. Bir sözlə, heç vaxt istər mülkü, istər digər ermənilərə bel bağlamaq olmaz! Onlar vaxt tapan kimi, Azərbaycana zərbə vurmağa çalışacaqlar”.

Zaira Akifqızı
Globalinfo.az