Ermənilər mövqelərimizə belə hücum edir

Ermənistan silahlı qüvvələri Ordumuzun mövqelərini atəşə tutmaqda davam edir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.

Bildirilir ki, Ermənistan tərəfi Azərbaycan Ordusunun mövqelərinə kamikadze pilotsuz uçuş aparatlarından fəal şəkildə istifadə edir. İndiyədək 5 güclü partlayışın qeydə alındığı bildirilir.

“İlkin məlumatlara görə, söhbət İran istehsalı olan dronlardan gedə bilər”, – məlumatda qeyd edilib.

Azərbaycan Ordusu zəruri cavab tədbirləri görür.