pua pua

Ukrayna hava hücumundan müdafiə qüvvələri İran istehsalı olan “Shahed” kamikadze-dronları ilə daha yaxşı mübarizə aparır.

Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, bu barədə “Ukrainskaya pravda” Böyük Britaniyanın Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinə istinadən məlumat yayıb.

Həmçinin qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri bu dronlar vasitəsilə raket çatışmazlığını qarşılayır.

O da əlavə olunub ki, Rusiya “Shahed” dronlarından bütün Ukrayna ərazisini vurmaq üçün istifadə edir, lakin Ukrayna onlara qarşı daha yaxşı mübarizə aparır.

Vurğulanıb ki, buraxılmış kamikadze-dronların 85 faizinin zərərsizləşdirildiyi rəsmi olaraq təsdiqini tapıb.

Paylaş: