Ermənistan hökumətinin bir sıra yüksək vəzifəli nümayəndələri TRIPP layihəsi ilə bağlı hazırlıq işlərini müzakirə etmək üçün Sünik (Zəngəzur) vilayətinə səfər ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, baş nazirin müavini Mher Qriqoryan, ərazi idarəetməsi və infrastruktur naziri Davit Xudatyan, Şəhərsalma Komitəsinin sədri Eqiazar Vardanyan və digər rəsmilər oktyabrın 21-də bölgədə olublar.
Səfərin əsas məqsədi TRIPP infrastrukturlarının layihələndirilməsi üzrə işlərə start verilməsi ilə əlaqədar təşkilati məsələləri müzakirə etmək və layihənin növbəti mərhələlərini müəyyənləşdirmək olub.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan daha əvvəl TRIPP çərçivəsində tikinti işlərinə 2026-cı ilin sonlarında və ya 2027-ci ilin əvvəlində başlanmasının mümkünlüyünü açıqlamışdı.
Nazir tikintinin 2027-ci ilin əvvəlində başlamasını daha real variant kimi qiymətləndirib.
Safura Bənnayeva
Globalinfo.az