04dealbook summit sam altman pkwg threeByTwoLargeAt2X scaled

“OpenAI” şirkətinin baş direktoru Sem Altmanla bağlı ailə qalmaqalında məhkəmə qərarı verilib. Onun bacısı Enni Altmanın qardaşına qarşı irəli sürdüyü cinsi istismar iddiası prosedur səbəblərinə görə rədd olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Məlumata əsasən, federal hakim Zakari Blustoun oktyabrın 20-də iddianı rədd edib. Qərara səbəb Enninin məhkəmənin göstərişlərinə baxmayaraq, müstəqil tibbi müayinədən keçməməsi olub.

Enni Altman iddiasını 2025-ci ilin yanvarında Missuri ştatının federal məhkəməsinə təqdim edib. O, qardaşını 1997–2006-cı illər ərzində ona qarşı cinsi istismarda ittiham edib. İddiaçının sözlərinə görə, hadisələr onun üç, Semin isə 12 yaşında olduğu dövrdə başlayıb.

Sem Altman ittihamları qəti şəkildə rədd edib. Ailəsi də Enninin iddialarını yalan adlandırıb. Altman daha əvvəl ictimai ittihamların ailəsinin bacısına əlavə maliyyə vəsaiti verməkdən imtina etməsindən sonra irəli sürüldüyünü iddia edib.

İş üzrə keçmiş vəkili Enni Santos Peres isə vəkillik münasibətlərinə xitam verməsinə baxmayaraq, keçmiş müvəkkilinin dediklərinə inandığını bildirib.

Qeyd edək ki, məhkəmə iddiaların mahiyyəti üzrə qiymətləndirmə aparmayıb və onların doğru olub-olmadığını müəyyən etməyib. Buna görə də iddianın prosessual səbəblərlə rədd edilməsi ittihamların yalan hesab edildiyi anlamına gəlmir. Məlumata görə, iş eyni iddianın həmin məhkəmədə yenidən qaldırılmasına imkan verməyən qərarla yekunlaşıb.

Əliyar Xəlil, 

Globalinfo.az

Paylaş: