“TRİPP istiqamətində planlaşdırılan işlər çox sürətli templə irəliləyir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan deyib.
Səfirin sözlərinə görə, proqram bir neçə mərhələdən ibarətdir və araşdırmaların, eləcə də onlardan irəli gələn müxtəlif tədbirlərin hazırlanması başa çatmadan layihənin praktiki icrasına keçmək mümkün deyil:
“Bir il ərzində layihənin nə qədər inkişaf etdiyinə nəzər salsaq, bu miqyasda proqram üçün kifayət qədər böyük nəticələrin əldə olunduğunu görərik. Hazırda layihə artıq yetkinləşib və praktiki icra mərhələsinə keçmək üçün zəruri mərhələyə çatıb.
Ümid edirəm ki, 2027-ci ilin əvvəlində TRIPP layihəsinin təməlqoyma mərasimini keçirmək mümkün olacaq”.
Safura Bənnayeva
Globalinfo.az