mixail qaluzin rehman mustafayevi qebul edib 1743692414

Rusiya noyabrın 14-də Ukraynanın paytaxtına aviazərbələr zamanı Azərbaycanın Kiyevdəki səfirliyi ilə bağlı insidentlə əlaqədar məyus olduğunu ifadə edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin müavini Mixail Qaluzin Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevlə görüşündə bildirib.

Rusiya tərəfi baş verənlərlə bağlı səmimi təəssüfünü bildirir. Mövcud məlumatlara əsasən, Azərbaycan diplomatik nümayəndəliyinin binasına dəyən ziyanın, çox güman ki, Ukrayna hava hücumundan müdafiə sistemlərinin düzgün işləməməsi nəticəsində baş verib”, – o vurğulayıb.

Qeyd edək ki, rəsmi Bakı hadisə ilə əlaqədar Rusiyaya sərt nota vermişdi.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: