Rusiyanın Moskva vilayəti və Lipetsk şəhəri pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin və Lipetsk vilayətinin qubernatoru İqor Artamonov məlumat veriblər.
Bildirilib ki, hadisələr nəticəsində bir neçə nəfər xəsarət alıb.
Sobyaninin sözlərinə görə, Rusiyanın hava hücumundan müdafiə sistemləri Moskva istiqamətində hərəkət edən 163 PUA-nı zərərsizləşdirib. Ümumilikdə isə Moskva regionuna doğru 630 pilotsuz uçuş aparatı yönəlib.
Hücum nəticəsində Yeni Moskvanın Voronovo rayonu ərazisində iki nəfər yaralanıb. Onlara tibbi yardım göstərilib.
Bundan əlavə, Lipetsk şəhəri də PUA hücumuna məruz qalıb. Vilayətin qubernatoru İqor Artamonovun məlumatına görə, hadisə zamanı xəsarət alan bir kişi xəstəxanaya yerləşdirilib.
Artamonov bildirib ki, hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan pilotsuz aparatların qalıqları yaşayış binalarının fasad və pəncərələrinə, eləcə də Merkulov küçəsində yerləşən poliklinikanın binasına ziyan vurub.
Safura Bənnayeva
Globalinfo.az