saraa

Suriya Prezidenti Əhməd əş-Şaraanın hökumətdə bir sıra mühüm kadr dəyişiklikləri həyata keçirməyi planlaşdırdığı bildirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sham TV” telekanalı məlumat yayıb.

Bildirilib ki, gözlənilən dəyişikliklər daxili işlər, iqtisadiyyat, sosial məsələlər və əmək sahələrinə aid olacaq.

İddialara görə, hazırkı daxili işlər naziri Ənəs Xəttab vəzifəsindən azad edilə və onun yerinə Deyr əz-Zor vilayətinin qubernatoru Ziyad Fəvvaz Ayiş təyin oluna bilər.

Qeyd edək ki, Ayiş 2026-cı ilin əvvəlində daxili işlər nazirinin müavini vəzifəsini icra edib. O, prezidentin göstərişi ilə Dəməşq hökuməti ilə kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri arasında əldə olunan razılaşmanın həyata keçirilməsi prosesinə nəzarət edib.

Telekanalın məlumatında, həmçinin yaxın günlərdə iqtisadiyyat naziri vəzifəsində də dəyişiklik gözlənildiyi vurğulanır. Bu posta Dərviş əl-Əclaninin gətiriləcəyi ehtimal olunur.

Bundan başqa, sosial məsələlər və əmək naziri vəzifəsinə rəqəmsal texnologiyalar üzrə mütəxəssis Rəşad Ənvər Kaməlin təyin edilməsinin nəzərdə tutulduğu bildirilir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: