
İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampı ölkəsinin neft və qaz ehtiyatlarını ələ keçirmək niyyətində olmaqda ittiham edib.
Globalinfo.az xəbər verir ki, Pezeşkian bu barədə Milli İxrac Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı danışıb.
İran liderinin sözlərinə görə, Tramp açıq şəkildə İranın neft və qazını əldə etmək istədiyini, lakin buna imkan verilmədiyini bildirir.
“Tramp açıq şəkildə bildirir ki, İranın neft və qazını istəyir, lakin ona bu resursları ələ keçirməyə imkan vermirlər”, – deyə Pezeşkian bildirib.
O, həmçinin ABŞ hökumətinin bəzi ölkələrə İranla bütün əməkdaşlığı dayandırmaq üçün təzyiq göstərdiyini iddia edib.
“Liderimizi (Əli Xameneini) öldürməklə İranı parçalaya biləcəklərini düşünürdülər”, – deyə Pezeşkian bildirib.
Əliyar Xəlil
Globalinfo.az