serhed 53ermeni

(Foto şərtidir)

Ermənistan Milli Təhlükəsizlik Xidməti azərbaycanlı çobanın Tavuş vilayətində aşkarlanması ilə bağlı məlumatı təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan MTX-nin yaydığı açıqlamada bildirilib.

Məlumata görə, 1968-ci il təvəllüdlü Yaşar Əli oğlu Qasımov oktyabrın 19-da saat 17:50 radələrində Tavuş vilayətinin ərazisində aşkar edilib.

Qeyd olunub ki, Tovuz rayonunun Çatax kənd sakini olan Qasımov yoxlamalar zamanı yolu azaraq Ermənistan ərazisinə keçib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti azərbaycanlı vətəndaşın ölkəyə geri qaytarılması istiqamətində müvafiq tədbirlərin görüldüyünü bildirib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: