“Ermənistanda COP17-nin təşkili üçün çəkilən xərclərdə korrupsiya və israfçılıq əlamətləri var”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.
Bildirilib ki, müxalifət ümumi xərclərin məbləğini hesablamağa çalışdığı bir vaxtda yeni məsrəflər üzə çıxıb:
“Bir həftə əvvəl Ermənistanın Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi müsabiqə keçirmədən “Gaspartur” MMC ilə aviabiletlərin alınması barədə müqavilə bağlayıb.
Müqaviləyə əsasən, Qahirə–Dubay–İrəvan–Qahirə, Nuakşot–İstanbul–İrəvan–İstanbul–Nuakşot, Antananarivu–Dubay–İrəvan–Dubay–Antananarivu, Vanuatu–Brisben–Dubay–İrəvan–Dubay–Brisben–Vanuatu, Konakri–Paris–İrəvan–Konakri, Paramaribo–Amsterdam–İstanbul–İrəvan–İstanbul–Amsterdam–Paramaribo, San-Tome–Lissabon–Frankfurt–İrəvan–Frankfurt–Lissabon–San-Tome, Nayrobi–İstanbul–İrəvan–İstanbul–Nayrobi, Əmman–Dubay–İrəvan–Dubay–Əmman, Dubay–İrəvan–İstanbul–Dakar–Praia–Lissabon, Lissabon–Afina–İrəvan–Varşava–Lissabon və Dəkkə–Dubay–İrəvan–Dubay–Dəkkə istiqamətləri üzrə aviabiletlər alınıb.
Biletlərin əksəriyyəti Afrika şəhərlərindən Ermənistana uçuşlar üçün alınıb. Afrikalı iştirakçılar COP17-də iştirak etmək üçün Ermənistan büdcəsinin vəsaiti hesabına ölkəyə gəliblər”.
Qeyd olunub ki, aviabiletlərə ümumilikdə 8 milyon 517 min 909 dram (təxminən 22 min ABŞ dolları) xərclənib.
Nəşrin iddiasına görə, bu məbləğ COP17 üçün əvvəlcədən açıqlanmış 30–50 milyon dollar həcmindəki xərclərə daxil deyil.
Əliyar Xəlil
Globalinfo.az