Gənc meyxanaçı-müğənni İlkin Çərkəzoğlunun vəfat etməsi meyxana aləmində vaxtsız dünyasını dəyişənləri yenidən gündəmə gətirib. Müxtəlif illərdə bir sıra meyxanaçılar gənc yaşlarında həyatlarını itiriblər. Onların bəziləri ağır xəstəliklərdən, bəziləri isə faciəli hadisələr nəticəsində vəfat ediblər.
Globalinfo.az gənc yaşda vəfat edən meyxanaçıların siyahısını təqdim edir:
Aydın Xırdalanlı – 31 iyul 1977-ci ildə doğulub, 23 mart 2019-cu ildə vəfat edib. 41 yaşında dünyasını dəyişən meyxanaçının ölüm səbəbi qaraciyər sirrozu olub.
Vüqar Biləcəri – 24 avqust 1988-ci ildə doğulub, 29 avqust 2020-ci ildə vəfat edib. 32 yaşında dünyasını dəyişən sənətçi uzun sürən xəstəlikdən sonra vəfat etsə də, lakin konkret ölüm səbəbi dəqiqləşdirilməyib.
Xəyyam Əhmədli -1980-ci ildə doğulub, 2 dekabr 2024-cü ildə vəfat edib. 44 yaşında dünyasını dəyişən meyxanaçının ürək problemlərindən əziyyət çəkdiyi, daha əvvəl insult keçirdiyi bildirilir.
Elnur Valeh – 1987-ci ildə doğulub, 9 iyul 2024-cü ildə vəfat edib. 36 yaşında dünyasını dəyişib. Hemorragik insult diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həmçinin şəkərli diabet və xroniki böyrək çatışmazlığından əziyyət çəkib.
Vüqar Coratlı – 1 avqust 2020-ci ildə 37 yaşında vəfat edib. 2002-ci ildə, 19 yaşında “De, gəlsin” meyxana yarışmasının qalibi olan meyxanaçı qəfil vəfat edib. Konkret ölüm səbəbi barədə məlumat verilməyib.
Kəbir Azəri – 21 may 1960-cı ildə doğulub, 19 yanvar 1997-ci ildə vəfat edib. 36 yaşlı sənətçi avtomobil qəzasında həyatını itirib.
Məşədibaba – 13 fevral 1971-ci ildə doğulub, 10 yanvar 2011-ci ildə vəfat edib. O, 39 yaşında intihar edib. 95 faiz yanıqla xəstəxanaya çatdırılan Məşədibaba orada keçinib.
Mirsadıx Maştağalı – 30 may 1979-cu ildə doğulub, 12 mart 2010-cu ildə 31 yaşında vəfat edib. O, avtomobil qəzasından sonra komada qalıb və daha sonra dünyasını dəyişib.
İlkin Çərkəzoğlu – 20 oktyabr 2026-cı ildə uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Zaira Akifqızı
Globalinfo.az