
UEFA Çempionlar Liqasının ümumi mərhələsinin III turunda Fransanın “Lill” klubu ilə səfər oyununda “Qalatasaray”ın futbolçusu Yunus Akgün tarixi uğura imza atıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
İstanbul təmsilçisinin hücumçusu qarşılaşmanın cəmi 65-ci saniyəsində rəqib qapısına yol taparaq hesabı açıb.
Bu qolla Yunus Akgün “Qalatasaray”ın UEFA Çempionlar Liqası tarixində ən erkən qol vuran futbolçusu olub.