İki erməni hərbçi öldü – FOTO

Ermənistanın Sünik rayonunda (Qərbi Zəngəzur) Vardavank-Qafan yolunda qəza baş verib.

Globalinfo.az xəbər verir ki, sürücü hadisə yerində, 36 yaşlı sərnişin isə reanimasiya ölüb.

Hər iki şəxs Ermənistan ordusunda müqavilə əsasında xidmət keçən hərbçilər olub.

Hadisə ilə bağlı araşdırma aparılır, qəzanın səbəbləri məlum deyil.

Ayşən Mustafa
Globalinfo.az