Erməni diasporu səfirliyimizə hücum təşkil edib

“Bir neçə il öncə Livanda erməni diasporu tərəfindən səfirliyimizə hücuma cəhd ediblər”.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib.

“Bu, ilk dəfə deyil, dəfələrlə olub, hüquq mühafizə orqanları tərəfindən qarşısı alınıb. Əməkdaşlarımız xəsarət almasalar da, səfirliyə ziyan dəyib. Onlar hazırda nəzarətdədirlər, səhv etsələr, cəzalandırılacaqlar”, – nazir bildirib.

Zaira Akifqızı
Globalinfo.az