Yeni “barıt çəlləyi” buradır, region partlaya bilər – Abramyan

“Naxçıvan hər an partlaya biləcək böyük “barıt çəlləyi”dir”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə Ermənistan Parlamentinin deputatı Tiqran Abramyan çıxış edib.

O deyib ki, guya Türkiyə Prezidentinin səfəri region üçün açıq mesajdır:

“Rəcəb Tayyib Ərdoğan Naxçıvana səfəri zamanı İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin təməlqoyma mərasimində və modernləşdirilmiş Naxçıvan Hərbi Kompleksinin açılışında iştirak edəcək. Bununla yanaşı Əliyevlə Ərdoğan Qarabağda son baş verənləri və Zəngəzur dəhlizi məsələsini müzakirə edəcəklər. Görüşün Naxçıvanda keçirilməsinə səbəb Türkiyə və Azərbaycanın simvolizmə böyük önəm verməsidir. Bu, açıq şəkildə növbəti hədəflərinin Zəngəzur olacağına işarədir”.

Qeyd edək ki, rəsmi Bakı Ermənistana ərazi iddiası olmadığını daha əvvəl dəfələrlə bəyan edib.

Ayşən Mustafa
Globalinfo.az