Ərinin bıçaqladığı qadın xəstəxanada öldü

 

Gəncədə əri tərəfindən bıçaqlanan qadın xəstəxanada ölüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Züleyxa Şirinova bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib, dərhal əməliyyat edilib.

Həkimlərin səyinə baxmayaraq, Züleyxa Şirinovanın həyatını xilas etmək mümkün olmayıb.