Ərdoğanın Azərbaycana səfəri başa çatdı – YENİLƏNİB

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına dövlət səfəri iyunun 13-də başa çatıb.

Globalinfo.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Rəcəb Tayyib Ərdoğanı dövlət başçısı İlham Əliyev yola salıb.

X X X

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dövlət səfəri başa çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə səfiri Cahit Bağçı tviterdə bildirib.