Rəisinin dəfn ediləcəyi yer və tarix açıqlandı

İranın helikopter qəzasında həlak olan prezidenti İbrahim Rəisinin dəfn mərasimi mayın 23-də Məşhəddə keçiriləcək.

Globalinfo.az xəbər verir ki, bunu ölkənin vitse-prezidenti və dəfn mərasimini təşkil edən komissiyanın rəhbəri Möhsün Mənsuri bildirib.

Mənsuri bildirib ki, cəsədlər dəfn mərasiminin keçiriləcəyi müqəddəs Məşhəd şəhərinə aparılacaq. O qeyd edib ki, mərasim Məşhəddəki İmam Rza məqbərəsində baş tutacaq.

Müşviq Tofiqoğlu
Globalinfo.az