Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də keçirilən prezident seçkilərinin ardından ilk xarici səfərinə çıxacaq.

Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, TRT Ərdoğanın səfər proqramını açıqlayıb.

Bildirilir ki, Türkiyə Prezidenti ilk xaricə səfərini iyunun 12-də Şimali Kiprdə olacaq.

O, Şimali Kipr prezidenti Ersin Tatar və baş nazir Ünal Üstel ilə görüşəcək. Ərdoğan təkbətək görüş və iş yeməyindən sonra Prezident sarayında Tatarla birgə mətbuat konfransı keçirəcək.

Görüşlərdə Kiprlə bağlı gələcəkdə atılacaq addımların qiymətləndirilməsi və Şərqi Aralıq dənizindəki hadisələrin müzakirəsi gözlənilir.

Ərdoğan çərşənbə axşamı, iyunun 13-də Azərbaycana səfəri çərçivəsində prezident İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüş keçirəcək.

İkitərəfli münasibətlərin yaxşılaşdırılması istiqamətində atılacaq addımların və iki ölkə arasında əməkdaşlıq sahələrinin müzakirə olunacağı görüşlərdə regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.