Ərdoğandan Zəngəzur açıqlaması

 

Şuşa Bəyannaməsinin maddələrini uğurlu şəkildə həyata keçirməkdə qətiyyətliyik.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransı zamanı bildirib.

O, həmçinin qeyd edib ki, Zəngəzur dəhlizinin tez bir zamanda açılması önəmlidir. Onun sözlərinə görə, bu həm də Türkiyə ilə Naxçıvan arasında nəqliyyatı asanlaşdıracaq.