Azərbaycan 2 erməni əsgərlə bağlı məlumat göndərdi

Azərbaycan iki erməni hərbçi ilə bağlı məlumatları Avropa İnsan Haqları Məhkəməsinə təqdim edib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

“Bu gün biz AİHM-dən Azərbaycanın təqdim etdiyi məlumatları, o cümlədən tibbi sənədləri və saxlanma şəraiti ilə bağlı təfərrüatı aldıq. Ermənistan bu məlumat və sənədlərlə bağlı mövqeyini iyunun 16-dək Avropa Məhkəməsinin müəyyən etdiyi vaxt çərçivəsində təqdim edəcək”, – məlumatda bildirilib.