Ərdoğan Yunanıstana gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn ay Yunanıstana səfər edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bildirib.

Onun sözlərinə görə, səfər dekabrın 7-si baş tutacaq.

O, Ərdoğanla görüşün iki ölkə arasında münasibətlər üçün vacib addım olduğunu qeyd edib. Səfər çərçivəsində Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısı keçiriləcək.