64fb4c1f4b6d564fb4c1f4b6d6169419062364fb4c1f4b6d164fb4c1f4b6d3

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 Sammiti çərçivəsində Hindistanın paytaxtı Yeni Dehlidə Yaponiyanın Baş naziri Fumio Kişida ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Görüşdə iki ölkə arasında əlaqələrin hazırkı durumu müzakirə olunub.

Həmçinin iki lider görüş zamanı qlobal və regional məsələləri müzakirə ediblər.

Qeyd edək ki, Türkiyə Prezidenti “Böyük İyirmiliy”in (G20) “Bir dünya, bir ailə, bir gələcək” adlı sammitində iştirak etmək üçün Hindistanın paytaxtı Yeni Dehlidə səfərdədir.

Paylaş: