Ərdoğandan XƏBƏRDARLIQ: “Terrorçuları məhv etməyənədək dayanmayacağıq”

Ərdoğan İraq və Suriyada kürdlərə qarşı hərbi əməliyyatları genişləndirməyi planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə Ərdoğan özü açıqlayıb. Türkiyə prezidenti İraqda türk hərbi bazasına hücumdan bir neçə gün sonra qonşu İraq və Suriyada kürdlərə qarşı hərbi əməliyyatları genişləndirəcəyini vəd edib.

Türkiyə döyüş təyyarələri və “PUA”ları Suriya və İraqda Kürdüstan Fəhlə Partiyası ilə əlaqəli olduğunu iddia etdiyi hədəflərə hava zərbələri endirib.

Ərdoğan bildirib ki, Türkiyə təyyarələri son 5 gün ərzində başlatdığı əməliyyatlarda Suriya və İraqda ümumilikdə 114 hədəfi vurub. Daha 60 infrastruktur obyekti isə Türkiyənin kəşfiyyat qurumu tərəfindən ayrı-ayrı əməliyyatlar zamanı məhv edilib.

Ərdoğan İraq və Suriyadakı kürd döyüşçülərindən gələn təhlükəni aradan qaldırmaqda qərarlı olduqlarını diqqətə çatdırıb:

“Əməliyyatlarımız İraqın şimalında terroru məhv edənə qədər  davam edəcək. Eyni zamanda Suriyada terrorçuların yuvaları tamamilə dağıdılmayana qədər dayanmayacağıq”, – Türkiyə lideri fikirlərini yekunlaşdırıb.

Əliyar Xəlil,

Globalinfo.az