Ərdoğan Stoltenberqlə Rusiyada baş verənləri müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, söhbət zamanı Rusiyada baş verən son hadisələr müzakirə olunub.

Həmçinin, İsveçin NATO-ya üzvlük məsələsi ətrafında fikir mübadiləsi aparılır. Bildirilib ki, F-35 kontekstində yaşanan ədalətsizliklərə görə Türkiyənin F-16 tələbini İsveçin üzvlüyü ilə bağlamaq cəhdləri Türkiyənin deyil, NATO-nun təhlükəsizliyinə zərər verir.