Ərdoğan Şarl Mişellə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etdi – FOTO/ YENİLƏNİB

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Hindistanda keçirilən görüş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Şarl Mişel “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“G-20 sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdüm. Görüşdə Avropa İttifaqı – Türkiyə münasibətlərinin tam spektri, Qara Dəniz Taxıl Təşəbbüsü və regional məsələlər, xüsusilə Ermənistan-Azərbaycan münasibətləri müzakirə edildi”, – Şarl Mişel sosial şəbəkə hesabında qeyd edib.

***15:30

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hindistanda Avropa Şurasının sədri Şarl Mişellə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Görüş zamanı Türkiyə ilə AB münasibətləri, Ankaranın quruma tamhüquqlu üzvlüyü üçün atılması lazım olan addımlar, regional və qlobal məsələlər müzakirə edilib”, – məlumatda bildirilib.