Kamran Əliyev Ərdoğana tarixi əsəri təqdim etdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) baş prokurorlarını qəbul edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Kommunikasiya İdarəsindən bildirilib.

Qeyd olunub ki, görüşdə Baş katib Kubanıçbek Omuraliev də iştirak edib. Görüşdə Azərbaycanı Baş prokuror Kamran Əliyev təmsil edib.

Tərəflər TDT ölkələri arasında əməkdaşlığı müzakirə ediblər.

Görüşdən sonra Baş prokuror Kamran Əliyev tərəfindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana rəsm əsəri təqdim olunub.

Rəsmdə 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında bəyannamə imzalanan zaman dövlət başçılarının görüşü əks olunub.

Qeyd edək ki, K.Əliyev TDT Prokurorları Şurasının 2-ci iclasında iştirak etmək üçün Türkiyədə səfərdədir.