Türkiyənin Tokat vilayətinin Artova rayonunda 88 yaşlı kişinin ölümü ilə nəticələnən hadisədə azərbaycanlı qadın şübhəli bilinir.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Ağmusa kəndində yaşayan Azərbaycan vətəndaşı K.V. (52) ilə qayınatası Mustafa Cici (88) arasında naməlum səbəbdən mübahisə yaranıb.
İddiaya görə, mübahisə davaya çevrilib və K.V. qayınatasını vuraraq yerə yıxıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Mustafa Cici həkimlərin səylərinə baxmayaraq vəfat edib.
Hadisədən sonra K.V. polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Əliyar Xəlil
Globalinfo.az