Ərdoğan ilk türkiyəli astronavtla telefonla danışdı – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk türkiyəli astronavt Alper Gezeravcı ilə telefonla danışıb.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti əvvəlcə Gezeravcıya tapşırığı uğurla yerinə yetirdiyinə görə təşəkkür edib.

“Bütün ailə üzvlərinə salamlarımı və sevgilərimi çatdır. İnşallah Türkiyəyə qayıdanda ətraflı görüşmək fürsətimiz olacaq” – deyə R.T.Ərdoğan qeyd edib.

Xatırladaq ki, 19 yanvar Türkiyə vaxtı ilə 00:49-da Alper Gezeravcının da olduğu “Dragon” kapsulu “SpaceX”ə aid “Falcon 9” daşıyıcı raketi vasitəsi ilə NASA-nın Floridadakı Kennedi Kosmik Mərkəzindən BKS-ə göndərilib. Ax-3 komandası BKS-də 14 gün vaxt keçirib.